Manşet

Məmurlar “Bakcell”i \”boğur\”lar – Şirkətlə komitənin də davası başladı

Məmurlar “Bakcell”i "boğur"lar - Şirkətlə komitənin də davası başladıÖlkənin üç ən böyük mobil operatorunlan biri olan \”Bakcell” MMC bu dəfə Ramiz Həsənovun sədri olduğu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə məhkəməyə çəkişməsindədir.

Mia.az xəbər verir ki, mobil şirkət adıçəkilən komitəni, daha dəqiqi, bu komitənin yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətini məhkəməyə verib.

Səbəb isə komitənin tabeliyində olan xidmətin apardığı yoxlama və bunun əsasında qəbul olunan sərt qərarlar olub.

Məlumata görə, \”Bakcell” MMC Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin qərarını ləğv etdirmək üçün 1 saylı Bakı Apellyasiya Məhkməsinə üz tutub. Lakin bu məhkəmə instansiyası problemə son qoya bilməyib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Artıq «Bakcell» MMC-nin yoxlama aktının və qərarların ləğv edilməsi tələbi əsasında Bakı Apellyasiya Məhkəməsində artıq iclas saatı müəyyənləşib:

«Hakim Cahangir Yusifov şikayət üzrə iyulun 2-nə iclas saatı təyin edib».

Onu da qeyd edək ki, «Bakcell» MMC-yə qarşı daha bir dövlət qurumu sərt addımlar atmaq fikirində daşınmayıb. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan «Aztelekom” İstehsalat Birliyi ölkənin üç mobil operatorundan birinə – \”Bakcell”ə qarşı yeni tələblər irəli sürüb.

Bu barədə daxil olan məlumatda bildirilir ki, «Aztelekom» artıq ötürücü stansiyalarından \”Bakcell” MMC-nin əvvəlki qaydada istifadə etməsi ilə razılaşmır. Bu səbəbdən də «Aztelekom» «Bakcell»ə müqavilə şərtlərini yeniləməyə və özünə sərf edən formada tərtibinə nail olmaq istəyir:

«Dövlət müəsisəsi olan \”Aztelekom” İB ilə \”Bakcell” MMC arasında illərdir çox ciddi sıxıntılar yaşanır. Hətta tərəflər arasıda 4 milyonluq qalmaqal da yaşanır. Ancaq o zaman bağlanan müqavilələrə əsaslanan \”Bakcell” MMC Aztelekom” İB-nin 4 milyonluq iddiası ilə də razılaşmadı. Bununla bağlı çoxsaylı məhşkəmə proseslərindən sonra rabitə müəssisəsi anladı ki, mobil operatoru «sındırmaq» üçün mütləq keçmişdə bağlanan müqavilənin şərtləri dəyişilməlidir. Ona görə də «Aztelekom» \”Bakcell” MMC ilə bağlanan müqavilənin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etdi».

Məlumata görə, bu tələblə bağlı məhkəmə işinə artıq birinci məhkəmə instansiyasında baxılıb:

«İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi ilə araşdırılır. Hakim «Aztelekom”un \”Bakcell»ə qarşı şikayəti üzrə növbəti iclas saatını iyulun 2-nə təyin edib.

Göründüyü kimi, iki dövlət müəssisəsi «Bakcell»ə qarşı kifayət qədər ciddi addımlar atıblar.

Bu və ya digər məqamlarla bağlı qarşı tərəfləri də dinləməyə hazırıq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button