Manşet

Vətəndaşların kredit borcları bağışlanacaqmı: Şayiələri kim və niyə yayır?

Vətəndaşların kredit borcları bağışlanacaqmı: Şayiələri kim və niyə yayır?Son günlər əhalini maraqlandıran məsələlərdən biri də müəyyən məbləğə qədər olan kreditlərin bağışlanması ilə bağlı suallardır. Saytımıza daxil olan çox sayda sualların əksəriyyətinin bu mövzuda olması bu mövzunun insanları daha çox maraqlandırdığını göstərir. Bir çoxları qeyd edirlər ki, bizə mesaj gəlibki kredit borcları bağlışlanması barədə qərar var. Suallar bəzən 10 000 dollara qədər, digər mənbələrdən daxil olan informasiyaya görə bu rəqəm 3 000 dollara qədər məbləği əhatə edir.Bir nüansıda qeyd edək ki, bu məlumatın böyük bir qismi əsasən rayonlnardan daxil olur.

Banker.az saytı olaraq kreditlərin bağışlanması ilə bağlı sosial şəbəkələrdə insanlarda yaranan sualları aradan qaldırmaq gəldik.

Banklar kreditləri bağışlayacaqmı?

Araşdırmamız göstərir ki, ölkədə kreditlərin nə 10 000 manatadək, nə də digər məbləğədək olan kreditlərin bağışlanılması ilə bağlı müəyyən bir qərar çıxarılmayıb. Yəni ortada kreditlərin bağışlanılması ilə bağlı heç bir qərar yoxdur.

Qanun çərçivəsində bankdan kredit götürən hər kəs borcunu geri ödəməlidir. Yəni qısa bir müddətdə belə bir qərarın icra olunacağını düşünüb, kredit borcunu geri ödəməməyi fikirləşmək doğru deyil. Əks halda banklar növbəti prosedurlara əl ata bilər. Onu da qeyd etmək istərdik ki, kreditlərin bağışlanılması ilə bağlı sualların yaranmasının əsas mənbəyi təxminən 2 il əvvəl deputatın çıxışlarından qaynaqlanır.

Maraqlı nüanslardan biri odur ki, bu mesajı bazara kim buraxıb? Məqsəd nədir? Bu məsələ ətrafında əfsuslar olsun ki, tutarlı nəticəmiz olmadı. Çox gümanki, məlumat rayonlarda, el arasında “qızıl qələb” sahiblərinə məxsusdur və daha çox onların məqsədinə xidmət edir.

Ekspert Vüqar Bayramov isə bildirir ki, əslində bir sıra inkişaf etməkdə olan ölkələrdə bankların kiçik həcmli borcların bağışlanması hallarına rast gəlinir. Ekspertin sözlərinə görə, kreditlərin bağışlanması ümumi şəkildə bütün kreditlərə deyil, fərdi olaraq ayrı-ayrı kreditlərə tətbiq edilə bilər. Ailənin sosial statusuna baxmaq olar. Məsələn, elə ailə var ki, kredit götürüləndən sonra ailə başçısı dünyasını dəyişib və qəza keçirərək əmək qabiliyyətini itirib. Həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması olduqca vacibdir. Bu həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur. Bu baxımdan, bütün borcların deyil, sosial statusundan asılı olaraq bir sıra borcların bağışlanması arzuolunandır.

Banker.az olaraq oxucularımızı bu çağırışlara uymamağa, ödənişləri vaxtlı vaxtında ödəməyə çağırırıq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button