Manşet

“Leyla Əliyevaya təklif etdim ki…” – Bakı zooparkının direktoru

“Leyla Əliyevaya təklif etdim ki...” - Bakı zooparkının direktoru“Leyla Əliyeva Bakı sakinlərinin zooparkda pələngin qeyri-qənaətbəxş şəraitdə saxlanması və bununla əlaqədar tədbir görülməsi ilə bağlı xahişini nəzərə alaraq bu nadir heyvan növü üçün müasir tələblərə cavab verən yeni qəfəsin quraşdırılması təşəbbüsü ilə çıxış edib”.

Bunu AzVision.az-a Bakı zooparkının direktoru Azər Hüseynov deyib.

İyunun 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın öz övladları ilə Bakı Zooloji Parkına səfərindən danışan A.Hüseynovun sözlərinə görə, Leyla Əliyeva Bakı Zooparkını bəyənib.

“Leyla xanım görülən işlərlə tanış oldu. Gələcəkdə zooparkdakı heyvanların şəraitinin yaxşılaşdırılması üçün məsləhətləri verdi. Hazırda zooparkın ərazisi 2,2 hektardır. 2001-ci ildə zooparkımıza 2 hektar əlavə yer verilib. Həmin əlavə yerdə hələ ki, heç bir qəfəs tikilməyib.Nəzərdə tutmuşuq ki, hansı heyvanların yeri dardırsa, onların yerlərini genişləndirib, həmin 2 hektar ərazidə yerləşdirək.

Yeni yaşayış məskəni əvvəlki qəfəsə nisbətən 5 dəfə geniş olmaqla yanaşı, daha işıqlı və rahatdır. Burada heyvanın istidən və şaxtadan qorunması üçün ayrıca tikili, həmçinin böyük hovuz, oynamaq və dincəlmək meydançası və pələngin təbii yaşayış arealını əks etdirən digər elementlər quraşdırılıb.

Zooparkdakı pələngin yaşayış şəraiti bu layihə nəticəsində əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, onun təhlükəsizliyi və rahatlığı tam təmin edilib”.

Leyla Əliyevanın Zooparkdakı heyvanların saxlanma şəraiti ilə də tanış olduğunu deyən A.Hüseynov öz təkliflərini də dediyini söylədi:

“Təklif etdim ki, burada müəyyən yerlər dəyişdirilsə, heyvanların yeri genişlənsə, daha yaxşı olar. Leyla Əliyeva diqqətlə məni dinlədi ”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button