Manşet

Körpəni yanğından xilas edən qəhrəman polis: \”Körpə uşağım gözümün önünə gəldi və…\”

Körpəni yanğından xilas edən qəhrəman polis: "Körpə uşağım gözümün önünə gəldi və..."Azərbaycan polisindən danışarkən Bakının Binəqədi rayonunda baş vermiş yanğın hadisəsini yada salmamaq olmur. Alovların içində qalan insanların xilas olunmasında iştirak etmiş iki polis əməkdaşlarını xatırlayaq. Prezident İlham Əliyev həmin əməkdaşları yüksək qiymətləndirdi.

Savash.info ans-ə istinadən xəbər verir ki, 3 nəfərin həyatını xilas etmiş Çevik Polis Alayının əməkdaşı, polis serjantı Qocayev Şahin Alı oğlu “Vətənə xidmət” ordeni ilə, qucağında körpə ilə qaçarkən çəkilmiş şəkil ilə Qərb mediasının qəhərmanı olan Elvin Abışovu isə “İgidliyə görə” medalı ilə təltif edib.

Serjant Elvin Abışov Onu nəyinki bütün Azərbaycan, hətta dünya bir foto ilə tanıdı. Üzündə heç bir qoruyucu maskası olmayan polis yanan binadan xilas etdiyi körpəni həkimlərə çatdırmağa çalışır. Və bu şəkil dünya mediasında günün fotosu kimi dərc edilir. Elvin Abışov – “Qəhrəman Polis”. Qəhrəman, həm də ona görə ki, o həmin gün dumanların arasından bu körpə ilə yanaşı, Azərbaycan polisinin obrazını da xilas etdi.

“O anda iki körpə uşağım gözümün önünə gəldi. Bir nəfər mənə yaxınlaşıb dedi ki, mənim körpəm 6-cı mərtəbədə qalıb, uşaqlarım yanır, mənə kömək et. Bunu eşidən an sanki bir anlıq həyatım söndü. O an yaşayıb-yaşamadığım mənim üçün önəm daşımadı”, – deyə Elvin Abışov bildirir.

\”Mən polis kimi, vətəndaş kimi, borcumu yerinə yetirdim\”, deyir serjant.

“Biz polis orqanlarına qəbul olarkən and içmişik. Mən o anda sadiq qalaraq vəzifə borcumu layiqincə yerinə yetirmişəm. Polis əməkdaşı kimi, vətəndaş kimi hər an bu vətənin uğrunda canımdan və qanımdan keçməyə hazıram. Çünki böyüklərimizdən belə görmüşük”, – deyə Elvin Abışov deyir.

Onun bu addımı dövlət tərəfindən qiymətləndirildi. Prezident Elvin Abışovu “İgidliyə görə” medalı ilə təltif etdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button