Manşet

\”Bu haqsızlıq sizin övladlarınızın başına gəlsin\” – Hacı İbrahimin aldatdığı iş adamı

"Bu haqsızlıq sizin övladlarınızın başına gəlsin" - Hacı İbrahimin aldatdığı iş adamıHacı İbrahim Nehrəmlinin əlindən didərgin düşmüş qazaxlı sahibkar Elşad Məmmədoun başına gələnlar haqda növbəti yazısı yayılıb. Həmin yazını olduğu kimi diqqətinizə çatdırırıü:

“Mən lap başdan işimin məhkəmə yolu ilə həll olunmağını istəmirdim. Azərbaycanda məhkəmələrin nə vəziyyətdə olmağını hamı cox gözəl bilir. Sözün əsl mənasında bazardır. Mənim 1 il yazdığım şikayətlər nə polisdə, nə də prokurorluqda araşdırılmadı. Sual olunur, nəyə görə??? Min adı olan İlin iş adamı Azərbaycanda və Türkiyədə, qardaşı diaspor sədri Nazim İbrahimov, ada tikən, AVESTA şirkətinin rəhbəri olan, professor, türk kanallarında cox YETƏNƏKLİ, təyarəsi, yaxtası olan, Rols-Roysları olan, katibəsinə JEEP alan, Həcc ziyarətində üzünü Allaha tütüb “mən içəcəyəm” deyən, ölkə başcısının və dövlətin adından danışan, ağsaqqalı Arif Paşayev olduğunu toyda və yasda dilə gətirərək elə bir sanballı ağsaqqalın adından sui – istifadə edən bir dələduz və “moşennik”ə hansı polis və prokuror cinayət işi aça bilər axı Azərbaycanda? Mənim çox şikayət etdiyimi görüb İbrahimin oxranası açıq nömrədən mənim mobil nömrəmə zəng vuraraq ölüm hədəsi və “Bandotdel”lə tutduracağını deməklə məni şikayət etməkdən yayındırmaq istəyi də boşa çıxdı. Sonra ən rahat yolu məhkəmə olduğunu başa saldılar İbrahim Nehrəmliyə. Mənim xəbərim olmadan Nəsimi rayonunda məhkəmə keçirilir, Səyyad Qafarinin sədrliyi ilə və mənim mülklərim saxta məhkəmə qərarı ilə əlimdən alınır. Hansı ki, mənim iştirakım olmadan. Guya məni cağırıblar, getməmişəm. Prokurorluğa və polisə yazdığım məktublara isə şablon cavablar gəlməyə başlayır ki, artıq biz heç nə edə bilmərik, iş məhkəmədədir. Mən məcburiyyət qarşısında qalıb Apellyasiya Məhkəməsinə şikayət verdim vəkilimlə birlikdə. Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmli idi. Məhkəmə hakimi Nəsimi məhkəməsinin qərarına baxıb İbrahimin nümayəndəsinə bir sual verir? Siz iddiya edirsiniz ki, Məmmədov Elşad sizə hansısa bir iş görməlidir və onun müqabilində bu iki evi ona vermisiniz. Nümayəndə deyir bəli. Hakim Xuraman xanım yenə sual edir. Bəs Elşadın hardasa bir imzası var ki, sizə hansısa bir iş görməlidir? İbrahimin nümayəndəsi deyir ki, xeyr, onun heç bir yerdə imzası yoxdur. Hakimin bu gülünc cavaba reyaksiyası belə oldu… SİZ NƏ DANIŞIRSINIZ ??? BU SİZİN ÜÇÜN BAZARDA BİR KİLOQRAM ALMA ALVERİ DEYİL, VƏTƏNDAŞIN ƏLİNDƏ QANUNİ SƏNƏDLƏRİ VAR!!! Mən öz – özümə dedim ki, şükr olsun Allaha, bəs Azərbaycanda belə ədalətli hakimlərimiz var. Proses qaldı növbəti baxışa. 5 gün sonra həmin hakim Xuraman Məhərrəmliyə elə yerdən tapşırıldı və ya şəxsi maraqlarına görə mən yetim oğlan, 3 körpə övlad atası, 4 il Azərbaycan ordusunda qulluq etmiş adamın həyatına son qoydu demək olar ki. Nəsimi hakiminin mənim iştirakım belə olmadan keçirilən saxta qərarı qüvvəsində saxlayaraq mənim evlərimi əlimdən aldılar. Mən ayağa qalxıb məhkəmədə Xuraman Məhərrəmli və yanında əyləşən iki hakimə Allah bəlanızı versin! Bu haqsızlıq sizin övladlarınızın başına gəlsin dedim. Lakin hər üçü başını aşağı salıb səslərini çıxarmadı və çıxara da bilməzdi. Nə qərar çıxartdıqlarını çox gözəl bilirdilər. Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev məhkəmə başlayanda mənə söz veriləndə hakimə başlarının üzərində iri hərflərlə yazılmış sözü xatırlatdım. ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR sözünü və bu şüara əməl etməyini bildirdim. Məndə həmin məhkəmə prosesinin səs yazısı da var. Lakin bu hakim də məhkəmə adət – ənənəsinə sadiq qalaraq milyarder, özünü ailənin yaxın adamı və Arif Paşayev cənablarının dostu kimi qələmə verən dələduz İbrahimi müdafiə etdi. Burda da Allah bəlanızı versin deyib məhkəmdən cıxdıq. Ali Məhkəmənin Plenumuna şikayət versəm də qəbul etməmişdilər zamanında. Lakin bu saxta məhkəmələr gedə – gedə mən şikayətlərimi edirdim bütün nazirliklərə, ölkə başçısına və ölkənin birinci xanımına. Məni qəbul edən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi, general Kamran Əliyev mənim haqlı olduğumu dedi. Məni lap yuxarıdan tapşırıblar, ona görə işimi Ali Məhkəmə mənim xeyrimə həll edəcək dedi. Sonradan məni Ali Məhkəməyə məhz Baş Prokuror Zakir Qaralov tapşırdığını elə özü Qazaxda məni qəbul edərkən dedi. Lakin Ali Məhkəmənin sədri Nehrəmlidən olduğu üçün öz yerlisi İbrahim Nehrəmlinin sözünü tutdu və məni onlara Zakir Qaralovun tapşırmağına belə baxmayaraq saxta qərarları qüvvədə saxladılar. Bu haqsızlıqlar mənə əsas verir ki, deyəm – Azərbaycanda məhkəmələr bazar iqtisdiyatına çoxdan keçiblər. Mən bir daha deyirəm – Avropada bu saxtakarlıqları ölkə başçısına demək üçün ailəm və 3 körpə övladımla burdayam.Yaxından deyə bilməsəm də kanardan səs gücləndirici ilə deyəcəm inşallah. Onun da bir nəticəsi olmasa Avropada olan bütün səfirliklərin qarşısında aksiyalar keçirəcəyəm öz haqqımı bərpa edənə qədər.”(moderator.az)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button