Manşet

İsa Qəmbər incik danışdı: \”Rauf Arifoğlu İlham Əliyevlə barışdı…\”

İsa Qəmbər incik danışdı: "Rauf Arifoğlu İlham Əliyevlə barışdı..."Müsavat Partiyasının keçmiş başqanı, eks-spiker İsa Qəmbər sosial şəbəkədə \”Yeni Müsavat\” qəzetinin baş redaktoru Rauf Arifoğlunun ölkə prezidenti tərəfindən təltif edilməsinə münasibət bildirib. Savash.org-un məlumatına görə, baş verənləri Rauf Arifoğluyla İlham Əliyevin barışığı kimi qəbul etdiyini söyləyən İsa Qəmbər digər maraqlı açıqlamalarla da diqqət çəkib. İsa bəyin sözügedən statusunu olduğu kimi təqdim edirik:

\”Gənc dostlarımızdan Turxan Qarishga mənə belə bir sualla müraciət edib.
“Isa bəy, Gözlər həm də sizdədir. Rauf Arifoglunun partiyadan istefası və sizin rəqibiniz olan Ilham Aliyev-dən mükafat alması haqda nə deyə bilərsiz?
Günün ən çox müzakirə olunan məsələsidir”

Turxan bəy, məncə proses kifayət qədər şəffaf gedib və Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, xüsusən də partiyadan çıxmasını ətraflı izah edib. Sizin suallara da Rauf bəyin cavabları ortadadır. Suallarınıza İlham Əliyevdən də cavab ala bilsəydiniz mənzərə tamamlanardı.
Rauf Arifoğlunun İlham Əliyevdən mükafat alması (İlham Əliyevin Rauf Arifoğluna mükafat verməsi) bu iki şəxsin barışığı kimi qiymətləndirilə bilər. Şəxslərin barışına bir söz deyilməz, amma İlham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir.
Və bu şəraitdə Rauf Arifoğlunun Müsavatdan çıxması məntiqli addımdır, çünki biz müsavatçılar hesab edirik ki, rejimlə barışmaq vətənimizin, xalqımızın sərvətlərinin oğurlanması ilə, insanlarımızın azadlıqlarının məhdudlaşdırılması ilə, ölkəmizdəki korrupsiya və rüşvətxorluqla, haqsızlıq və ədalətsizliklə, yüzlərlə siyasi məhbusun və girovun olması ilə barışmaq deməkdir.
Müsavatçılar üçün bu mümkün deyil\”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button