Manşet

Rauf Arifoğlu susdu, İsa Qəmbərin üstünə qardaşını yolladı: ”Siz bu korrupsionerlərlə barışanda…”

Rauf Arifoğlu susdu, İsa Qəmbərin üstünə qardaşını yolladı: ”Siz bu korrupsionerlərlə barışanda...”“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun ölkə prezidenti tərəfindən təltif edilməsindən və partiyadan istefa verməsindən sonra tərəflər arasında “soyuq küləklər” əsməyə başlayıb. Baş verənlərdən sonra bütün diqqətlər Müsavat rəhbərliyinə dikilmişdi, hər kəs onlardan Rauf Arifoğlunun ictimai rəydə “xəyanət” kimi qəbul edilən bu hərəkətinə qiymət verməsini gözləyirdi. Reaksiya özünü çox gözlətmədi…

Savash.org xəbər verir ki, Müsavat Partiyasının keçmiş başqanı, eks-spiker İsa Qəmbər “cavab atəşi” məsuliyyətini üzərinə götürərək sosial şəbəkədə bunları yazdı: \”Gənc dostlarımızdan Turxan Qarishga mənə belə bir sualla müraciət edib.
“Isa bəy, Gözlər həm də sizdədir. Rauf Arifoglunun partiyadan istefası və sizin rəqibiniz olan Ilham Aliyev-dən mükafat alması haqda nə deyə bilərsiz?
Günün ən çox müzakirə olunan məsələsidir”

Turxan bəy, məncə proses kifayət qədər şəffaf gedib və Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, xüsusən də partiyadan çıxmasını ətraflı izah edib. Sizin suallara da Rauf bəyin cavabları ortadadır. Suallarınıza İlham Əliyevdən də cavab ala bilsəydiniz mənzərə tamamlanardı.
Rauf Arifoğlunun İlham Əliyevdən mükafat alması (İlham Əliyevin Rauf Arifoğluna mükafat verməsi) bu iki şəxsin barışığı kimi qiymətləndirilə bilər. Şəxslərin barışına bir söz deyilməz, amma İlham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir.
Və bu şəraitdə Rauf Arifoğlunun Müsavatdan çıxması məntiqli addımdır, çünki biz müsavatçılar hesab edirik ki, rejimlə barışmaq vətənimizin, xalqımızın sərvətlərinin oğurlanması ilə, insanlarımızın azadlıqlarının məhdudlaşdırılması ilə, ölkəmizdəki korrupsiya və rüşvətxorluqla, haqsızlıq və ədalətsizliklə, yüzlərlə siyasi məhbusun və girovun olması ilə barışmaq deməkdir.
Müsavatçılar üçün bu mümkün deyil\”.

İsa Qəmbərin bu fikirlərindən sonar isə \”Yeni Müsavat\”ın baş redaktoru Rauf Arifoğlu social şəbəkədə yeni bir status paylaşmaq zorunda qaldı: \”Müsavat Partiyasının 5-ci başqanı hörmətli Isa bəy prezident İlham Əliyevin mənə \”Əməkdar jurnalist\” adı verməsini və bu mükafatı şəxsən təqdim etməsini yorumlayıb. Onun bu yorumunu ölkə mediası içərisində ilk olaraq musavat.com saytı yayınlayıb. Yəni orada bizə problem ola biləcək hər hansı məqam görməmişik. Görsəydik belə, yenə də yayımlayardıq. Mənim də verdiyim mesaj elə budur – media hər hansı bir xəbəri özünə nisbətləndirib, münasibət sərgiləməz…
Lakin görürəm ki, bəziləri aranı qızışdırmaq və məndən İsa bəyə qarşı neqativ cavablar almaq istəyirlər. Bəzi suallara cavab verdim, lakin aydın olur ki, müəyyən təhriflər edilir. Ona görə də düşüncələrimi burada yazıram ki, istəyən hər kəs bundan istifadə etsin.
Əsas mesajım budur: İsa bəyə qarşı, hətta mənə münasibətdə haqsızlığa yol verdiyini düşünsəm belə, heç bir neqativ cavab verməyəcəm, yazı yazmayacam. Bu, mənim əxlaqıma, törəmə, prinsiplərimə ziddir. Sözüm, etirazım, cavabım olsa, özü ilə görüşüb, özünə deyəcəm. Görüşə bilməsək də, gedib çaya, dənizə danışaram…“

Amma “İsa Qəmbərlə görüşə bilməsəm onun haqda iradlarımı dənizə danışaram” deyən Rauf Arifoğlu qardaşı Azər Ayxanın diliylə çox sərt danışdı. İxtilafın kulminasiya nöqtəsi sayılan həmin fikirləri olduğu kimi təqdim edirik:

“Siz bu korrupsionerlərlə barışanda biz bunu milli xilas kimi təqdim edib sizi tarixi qınaqdan qorumağa çalışmışıq. Siz isə bizim dövlətin 1-ci şəxsiylə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiz… Arada siz də girin də həbsxanaya, qorxmayın, o qədər də qorxulu yer deyil. Həm də zatən əlinizdən bir iş gəlmir, heç olmaya məhbəs xatirəniz olsun. Gələcəkdə nəvələrinizə danışmağa nəsə tapasınız”
Müsavat rəhbərliyi hələ ki, sonuncu həmləyə cavab verməyib. Amma bu “ümumiyyətlə cavab olmayacaq” anlamına da gələ bilməz. Odur ki, gözləyək, deyəsən, maraqlı olacaq.
SAVASH.ORG

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button