Manşet

Bu qanun Hitlerdən sonra ilk dəfə Putin Rusiyasına tətbiq edildi – ABŞ Konqresindən radikal addım

“ABŞ Konqresi 81 ildən sonra ikinci dəfə Lend-Liz qanununu tətbiq edib. “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı” (The Ukraine Democracy Defense Lend-Lease Act) 2 həftə əvvəl Senatda yekdilliklə qəbul olunmuşdu. Nümayəndələr Palatasında da iki partiyanın ittifaqı ilə 417 səslə (cəmi 10 nəfər əleyhinə olmaqla) təsdiqlənərək prezidentin imzasına təqdim edildi. Bu qanunun qəbulu Ukrayna savaşının gedişatına birbaşa təsir göstərəcək tarixi hadisədir”.

Bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

O xatırladıb ki, qanuna əsasən ABŞ prezidenti Konqresdən icazə almadan və hər hansı bürokratik əngəllə qarşılaşmadan Ukraynaya istənilən sayda, istənilən növ silah-sursatı, eləcə də ərzaq, dərman, tibbi ləvazimatlar, nəqliyyat vasitələri və digər lazımi avadanlıqları operativ şəkildə göndərə biləcək:

“Bu yardım müharibənin sonuna qədər sürəcək. İlk Lend-Liz Hitler faşizminin məğlubiyyətində mühüm rol oynamışdı. İkinci Lend-Lizin Rusiyaya qarşı qəbulu göstərir ki, ABŞ Putin rejimini də nasizmə bərabər təhlükə kimi görür. Tarixin ironiyasına baxın ki, Rusiya bu müharibəyə “Ukraynanı nasizmdən azad etmək” (denasifikasiya) şüarı ilə başladı, lakin məhz özü nasizmə bərabər təhdid kimi rəsmi qiymətini aldı.

Önümüzdəki həftələrdə ABŞ tərəfindən Rusiyanın “terrorizmin sponsoru” elan olunması ehtimalı da var”.

Turan Rzayev

gundem.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button