Manşet

Yanğını sığorta almaq üçün “Azersun”un özü törədib? – Qəza versiyaları

“Azərsun Holdinq” MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın söndürülsə də, şübhələr, versiyalar hələ də qalmaqdadır. Ölkənin əsas qida zavodlarından birinin yanıb tamamilə sıradan çıxması və yanğının çox çətinliklə söndürülməsi xeyli suallar doğurur.

Gündəm.az bunları nəzərə alaraq qəza ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sdəri Sərdar Cəlaloğlu və Milli Məclisin üzvü Vahid Əhmədovun fikirlərini öyrənib.

ADP sədri: “Burada üç əsas istiqamət var”

Oxu.az - Sərdar Cəlaloğlu Nobel mükafatına təqdim etdiyi nəzəriyyəsinin mahiyyətini açıqlayıb

Sərdar Cəlaloğlu hesab edir ki, baş vermis qəza çox müəmmalıdır: “Birdən-birə 5 min kvadrat metr ərazidə yanğının baş verməsi olduqca düşündürücüdür.  Yayılan məlumata görə, 4 anbar yanıb. Söhbət 50 milyon manata yaxın mal və avadanlıqların yanmasından gedir. Niyə yanğından təhlükəsizlik qaydalarına riayət olunmayıb? Yanğın bir depodan o birinə necə keçib? Arakəsmələr niyə qoyulmayıb? Suallar çoxdur. Mənə elə gəlir ki, “Azərsun Sənaye Parkı”nın yanması təsadüfi hadisə deyil. Hüquq-mühafizə orqanları məsələni ciddi şəkildə araşdırılmalıdır. Birinci istiqamət, kənar qüvvələrin müdaxiləsi faktorudur. İkinci istiqamət, “Azərsun Holdinq”-in rəqibləri məsələsidir. Üçüncü istiqamət isə “Azərsun Holdinq”in özüdür. Bunların hər biri yoxlanılmalıdır”.

ADP sədrinə görə, yanğından bir gün qabaq Sumqayıt şəhərindən Ukraynaya hümanitar yardımın göndərilməsi də diqqətçəkən amildir: “Ötən gün həm də Azərbaycanın bolişevik Rusiyası tərəfindən işğalının 102-ci ildönümü idi. Rusiyanın özündə də son vaxtlar bu cür müəmmalı yanğınlar olur. Yəni Rusiya faktoru üzərində dayananlar çoxdur. Mən bu barədə əminliklə danışa bilmərəm. Amma son vaxtlar Rusiyada ayrı-ayrı siyasətçilər Azərbaycanı təhdid edirlər. Daha öncə də Azərbaycanda belə müəmmalı qəzalar olub. Silah zavodlarında partlayışlar, təyyarə qəzaları, Mingəçevirdə su elektrik stansiyasındakı partlayış və s. Bunların heç birinin səbəbkarları tapılıb məsuliyyətə cəlb edilməyib. Bizim dövlət qurumları bu kimi məsələlərdə çox ayıq-sayıq olmalıdırlar. Sumqayıtdakı yanğının miqyasına baxanda görünür ki, bu, bir təxribatdır. Təxribatçılar tapılıb məsuliyyətə cəlb olunmalıdır”.

S.Cəlaloğluna görə, Daxili İşlər Nazirliyinin məlumatında bildirilirdi ki, yanğının baş verdiyi “Azərsun Sənaye Parkı”nda ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxarılaraq təhlükəsiz yerə daşınıb: “Partlayıcı və zəhərli maddələr orada nə üçün vardı? Azərbaycanda “Azərsun”un məhsullarına münasibət birmənalı deyil. Sosial şəbəkələrə baxın, çoxu yazır ki, canımız “Teksun” yağlarından qurtardı. Əlbəttə, mənşəyi məlum olmayan yağlar bazara ayaq açandan sonra insanlarımızın sağlamlığında ciddi problemlər yaranıb. Hesab edirəm ki, baş vermis qəzanı araşdırmaq üçün müstəqil komissiya yaradılmalıdır. Komissiya həm də “Azərsun holdinq”in özünün də fəaliyyətini araşdırmalıdır. Respublika Prokurorluğunda baş vermis qəza ilə bağlı cinayət işi başlayıb. Düşünürəm ki, məsələni bir neçə dövlət orqanı birgə araşdırmalıdır. Yanğının səbəblərinin araşdırılmasını tək bir dövlət qurumunun ixtiyarına buraxmaq olmaz. Bu adi yanğın məsələsi deyil. Sıradan bir yanğın olsydı, o boyda ərazinin hər tərəfi birdən yanmazdı. Hansısa bir hissə yanardı və vaxtında yanğından mühafizə xidmətinə zəng edib qarşısını almaq olardı. Kadrlardan da görünür ki, adi yanğın deyil. Mühafizəçilər niyə vaxtında məlumat verməyiblər? Burada o qədər suallar var ki… Mən bunu cinayət hesab edirəm. “Azərbaycan Sənaye Sığorta” Şirkəti açıqlama yayıb ki, baş vermis yanğına görə, “Azərsun Holdinq” MMC-yə sığorta ödənişi olunacaq. Bu sığorta şirkəti kimindir? Əgər yanğın şirkətinin özünün məsuliyyətsizliyindən baş veribsə, niyə ona küllü miqdarda sığorta ödənişi edilməlidir. Avropada sığorta almaq üçün şirkətlər özlərinə qarşı bu cür qəzalar təşkil edirlər. Yüzlərlə belə faktlar var”.

Millət vəkili: “Ölkədə qəzaların sayı artıb”

Vahid Əhmədov: “Azərbaycan buğdanı niyə ancaq Rusiyadan alır?”

Milli Məclisin üzvü Vahid Əhmədov hesab edir ki, Fövqəladə Hallar Nazirliyi və Respublika Prokurorluğu yanğının səbəblərini ciddi şəkildə araşdırmalı və şübhələrə aydınlıq gətirməlidir: “Yəqin ki, baş verən qəza araşdırılacaq. İndi yanğını müxtəlif xarici qüvvələrlə əlaqələndirənlər də var. Amma mən qəzanın Rusiya ilə bağlamağın o qədər də tərəfdarı deyiləm. Ümumiyyətlə, son illər Azərbaycanda qəzaların sayı artıb. Bu istiqamətdə çox iş görməlidir. Əhali dövlət, hökumət bundan çox əziyyət çəkir. Keçən dəfə Bakının mərkəzində əyləncə mərkəzlərinin birində qaz balonu partladı, ölənlər oldu. Onda da dedilər ki, bu, təxribatdır. “Azərsun Sənaye Parkı”nı görmüşdüm, kifayət qədər böyük ərazisi vardı. İnanmıram ki, buna həmin holdinqin özü sığorta almaq üçün qəsdən yandırmış olsun. Hər halda məsələ araşdırılmalıdır”.

Nurlan

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button