Manşet

“Həyat yoldaşımla uşaqları oyatdıq, gülləkeçirməz jiletlər gətirdilər…” – Zelenski həmin gecəni xatırlayır

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin birinci günündə yaşadığı hadisələrlə bağlı bəzi məqamları açıqlayıb.

Britaniyanın “The Times” nəşrinə müsahibə verən Zelenski, fevralın 24-də paytaxt Kiyevə daxil olmağa çalışan rus qoşunlarının, onu və ailəsini öldürməyə çox yaxınlaşdıqlarını bildirib: “Müharibənin ilk saatlarında baş verənləri hissə-hissə xatırlayıram. Rusiya ordusunun bombardmanları başlayan vaxt, həyat yoldaşım Yelena və övladlarıma evdən qaçmağa hazırlaşmalarını söylədim. Biz onları oyatdıq. Çox səs-küy var idi, partlayışlar baş verirdi”.

Zelenski Rusiyanın onu və ailəsini öldürmələri üçün Kiyevə desantlar göndərdiyini bildirib: “İqamətgahdakı mühafizəçilər gecə yarısı bizim üçün gülləkeçirməz jiletlər gətirdilər və silahlı mühafizəyə keçdilər. Biz saatlarla içəridə gözləməli olduq”.

Qəzet yazır ki, Rusiya ordusu Zelenski və ailəsini ələ keçirmək üçün iki dəfə Prezident İqamətgahına hücuma cəhd edib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button