Manşet

“Amerikalılar rus generallarını öldürməyə kömək edir” – Rəsmilərdən etiraf

Birləşmiş Ştatlar rus hərbi bölmələri haqqında kəşfiyyat məlumatını təqdim edərək ukraynalılara müharibədə bir çox rus generalını hədəfə almağa və öldürməyə imkan yaradıblar.

“New York Times”-ın iddiasına görə, bunu ABŞ nəşrinə yüksək rütbəli rəsmiləri etiraf ediblər.

Ukrayna rəsmiləri cəbhə xəttində indiyədək təxminən 12 generalı öldürdüklərini bildiriblər ki, bu da hərbi analitikləri heyrətə salıb. Məqsədli yardım Bayden administrasiyasının Ukraynaya real vaxt rejimində döyüş sahəsinə dair kəşfiyyat məlumatının təqdim etməklə  həyata keçirilib.

Rəsmilər bildiriblər ki, bu kəşfiyyat məlumatlarına, həmçinin, Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiya qoşunlarının hərəkətləri, Moskvanın gizli döyüş planına dair Pentaqonun son qiymətləndirmələrini də əhatə edir.

Birləşmiş Ştatlar səlahiyyətliləri ABŞ-ın yardımı nəticəsində konkret neçə generalın öldürüldüyünü dəqiqləşdirməkdən imtina ediblər.

yenisabah.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button