Manşet

“Ukraynaya baxmayın, bu ölkə bir həftə duruş gətirə bilməyəcək” – Rusiya ikinci cəbhə açır, hədəfdə kimdir?

“Ukraynadakı hərbi əməliyyatlara paralel olaraq Rusiyanın Moldovaya da hücum edəcəyi bildirilir. Bu ehtimalın tərəfdarları təkcə rəsmi Moskvanın son zamanlardakı davranış və açıqlamalarına istinad etmirlər. Eləcə də Qərbin bu yöndəki narahatlıqları da Moldavada gərginliyin artacağı haqda  proqnozların əsaslı olmasından xəbər verir. Amma etiraf olunmalıdır ki, Kişinyov Kiyevdən fərli olaraq gözlənilməz və ani müharibəyə hazır deyil və Rusiyanın həmləsi qarşısında bir həftə belə müqvimət göstərə bilməyəcək”.

Bu sözləri Gundem.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın Moldovaya hücum etməsi haqda yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel dünən Moldova Prezidenti Maya Sandu ilə birlikdə keçirdiyi mətbuat konfransında Rusiyanın Moldovaya hücum etməsi ilə bağlı açıq mesajlar verib:

“O qeyd edib ki, biz bunun qarşısını almaq üçün imkanlarımızı nəzərdən keçiririk. Avropa İttifaqı Şurasının prezidenti həmçinin əlavə edib ki, tanınmamış Dnestryanı bölgədə gərginliyin qarşısını alınmalıdır və bu, çox vacibdir. Şarl Mişelin bu açıqlamasına əsaslanaraq demək olar ki, Rusiyanın Moldovaya hücumu qondarma Dnesteryanı üzərindən baş tutacaq. Buna görə də Dnesteryanı ilə sərhəddə istehkamlar və hərbi qüvvələrin gücləndirlməsi prosesinə başlanılıb.

Qərb yaxşı bilir ki, Rusiya hazırda Odessanı ələ keçirmək üçün ciddi planlar qurur. Bunun üçünsə ilk növbədə rus qoşunları Dnesteryanıdakı qüvvələrini gücləndirməlidir. Kreml məhz bundan sonra həm də Moldovaya hücum edəcək. Qərb Kişinyova dəstək verməsə, yaxud verilən dəstək yetərli olmasa, Moldovanın işğalı Ukraynadan daha dəhşətli nəticələrə səbəb olacaq”.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button