Manşet

“Bunu vaxtında edə bilsəydik, müharibədə…” – Araik Arutyunyan nəyə təəssüfləndi?

“Əgər müharibə yarım il gec başlasaydı, bu qədər çox itkilərimiz olmazdı”.

Bu sözləri Xankəndidə qanunsuz fəaliyyət göstərən erməni separatçılarının rəhbəri Araik Arutyunyan Qarabağa qanunsuz səfər edən bir qrup Ermənistandan olan nümayəndə heyəti ilə görüşü zamanı deyib.

O qeyd edib ki, hələ müharibədən əvvəl bu savaşın qaçılmaz olduğunu bilirmiş:

“Buna görə də təcili olaraq yeraltı bunkerlər, sığınacaqlar tikməyə başlamaq qərarına gəldik. Azərbaycan Ordusunun hücumu zamanı güclü müdafiəni təmin etmək üçün 100-ə qədər belə bunker və sığınacaq tikilməsi nəzərdə tutulmuşdu. Hətta 17-dən artıq bunkerin tikintisinə başlanılmış, onlardan birinin tikintisi başa çatmışdı”.

A. Arutunyan bildirib ki, əgər müharibə bir qədər gec başlasa, nəzərdə tutulan bunker və sığınacaqların inşası tamamlansaydı, bu qədər itki olmazdı.

gundem.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button