Manşet

“Paşinyan tələsməlidir…” – Qriqoryan onun İlham Əliyevlə təkbətək görüşünü vacib sayır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçirilə biləcəyini deyib. O, bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya ətrafında müzakirələr davam edir:

“Ümid edirdik ki, aprelin sonuna kimi həll yollarını tapıb irəliyə gedəcəyik. Amma deyə bilərəm ki, hazırda intensiv müzakirələr davam edir, yaxın gələcəkdə bu görüşün baş tutacağına ümid var”. 

Paşinyan fərman imzaladı:

Armen Qriqoryan qeyd edib ki, bəzi suallar var və onların cavabları yalnız baş nazir Nikol Paşinyanla Prezident İlham Əliyevin mümkün görüşündən sonra müzakirə olunacaq.

Mövzu barədə Gundem.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanda mövcud durumun qarışıq olduğunu söyləyib.

Analitik qeyd edib ki, radikal müxalifət Paşinyanı devirməyə çalışır:

“Ordu hələ ki, baş nazirə tabedir. Nə qədər ki Paşinyan ölkəsindəki vəziyyəti idarə edə bilir, tələsməli və Azərbaycanla bütün məsələləri razılaşdırmalıdır. Bu, Ermənistanın xeyrinədir. Məsələni uzatsalar, qeyri-müəyyənlik davam edəcək və Paşinyanın devrilməsi daim gündəmdə olacaq. İndiki məqamda Azərbaycan və Türkiyə Paşinyanla danışıqlar aparmaqda maraqlıdır. Avropa İttifaqı və ABŞ da birbaşa dialoqun tərəfdarıdır. Bütün bu faktorlar Rusiyanın bölgədəki təsirini azaldır. Rəsmi İrəvan belə bir görüşə hazırdırsa, sülh sazişinin maddələrini sürətlə həll etməlidir”.

E.Şahinoğlu vurğulayıb ki, Paşinyan parlamentdə dediyi fikirləri yerinə yetirməlidir:

Çində ərzaq və zəruri ləvazimat çatışmazlığı ilə üzləşirlər”-Elxan Şahinoğlu

“Yəni Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Əlbəttə, bundan sonra radikal müxalifət daha da aqressivləşəcək. Amma çoxluq Paşinyana səs verib baş nazir seçibsə, yenə də onu qoruyacaqlar. Çünki Ermənistan cəmiyyəti müharibənin başlamasını istəmir. Ona görə də prosesi sürətləndirmək Paşinyan üçün xeyirdir, sülh istəyirsə, tələsməlidir. Əks halda radikal müxalifət Rusiyadakı mərkəzlərin əli ilə ona qarşı müxtəlif qiyam ssenariləri hazırlaya bilər. Sülh sazişi imzalandıqda isə Paşinyana dəstək hərtərəfli olacaq”.

Yeganə

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button