Manşet

Putinin kirvəsini “sıxdılar”, istintaqa azərbaycanlı milyonçunun adını verdi – Medvedçukun ifadəsi

Ukrayna xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı saxlanılan Viktor Medvedçuk ifadələr verməyə başlayıb. 

Xatırladaq ki, Viktor Medvedçuk Putinə yaxın adam kimi tanınır. Onun partiyası daim Kremlin mövqeyini müdafiə edirdi. Viktor Medvedçuk eyni zamanda Rusiya prezidenti Putinin kiçik qızı Daryanın xaç atasıdır.

Gundem.az-ın məlumatına görə, partiya sədri ilkin dindirmələrdə ona dəstək verən bir sıra tanınmış şəxslərin adını istintaqa verib. Onların arasında azərbaycanlı milyonçu, Ukraynanın 50 ən varlı adamından biri olan Vaqif Əliyevin də adı var.

Xatırladaq ki, Ukrayna xüsusi xidmət orqanları bir qədər əvvəl Vaqif Əliyevi də saxlayıb.
İş adamı Ukraynanın Zakarpatye vilayətində UTX-nın xüsusi təyinatlı dəstəsi tərəfindən həbs edilb.

Vaqif Əliyevin üzərindən Rusiya pasportu da çıxıb. Onun barəsində rəsmi ittiham irəli sürülməsə də, hazırda həbsdədir. Vaqif Əliyev Ukrayna siyasi kluarlarında Medvedçukun “Həyat uğrunda Müxalifət Platformu” partiyasının maliyyə dayaqlarından biri hesab edilirdi. Əliyev ukraynalı iş adamı Dmitri Firtaş və “Müxalifət Platforması – Həyat naminə” partiyasından deputat Vadim Stoların şəriki kimi tanınır.

Bəs kimdi bu Vaqif Əliyev?

Vaqif Əliyev 1968-ci ildə Türkmənistanda anadan olub. 1982-ci ildə Əliyevlər Rusiyaya, Kislovodsk şəhərinə köçürlər. 14 yaşındaykən Vaqif artıq ilk ciddi biznesinə başlayır. Sonradan Vaqif deyəcəkdi:

“Tolyattidən 55 rubla aldığımız avtomobil təkərlərini Kislovodskda 70-80 rubla satırdıq. İnsanlar həvəslə alırdılar. Biz isə dayanmadan təkər daşıyırdıq”.

Artıq 18 yaşında hərbi xidmətə yollanan zaman onun son model “Jiquli”si və üçotaqlı evi vardı. Əsgərlikdən qayıtdıqdan sonra Vaqif başqa sahəyə üz tutur: Moskvadan nadir tapılan parfümeriya alıb, Şimal Qafqazın şəhərlərində satmağa başlayır.

Moskvaya səfərlərinin birində Vaqif ukraynalı iş adamı İqor Bakayla tanış olur. Bakayın gözü, necə deyərlər ilk görüşdəcə onu tutur. Onu Ukraynaya dəvət edir və təbii qaz satışı ilə məşğul olan şirkətində işə düzəldir. Burada isə o, gələcək biznes şəriki İqor Nikonovla da tanış olur.

Vaqif Əliyev biznesdə ilk addımlarını atdığı həmin illəri belə xatırlayır. “Mən 1993-cü ildə Türkmənistana hökumətlərarası razılıq əsasında, 1 milyon cüt qaloş satmışdım və əvəzində təbii qaz almışdım. Həmin vaxt qaloş Türkmənistan üçün qiymətli mal idi. Qaz qarşılığında biz hər şey: kompüter, şifer, qara bibər, qəhvə və s. satırdıq”.

1996-cı ildə Nikonov və Əliyev ABŞ-a gedirlər. Burada biznes qurmaq istəyirlər. Amma ABŞ-da biznesin spesifikası onları açmır.  Amma ABŞ Vaqif Əliyevin həyatını və biznesini köklü şəkildə dəyişir. 1998-ci ildə o, ABŞ-ın gələcək prezidenti olacaq Donald Trampla görüşür. 4 saatlıq görüş zamanı Vaqif bir şeyi özü üçün dəqiqləşdirir: Tikinti, əmlak biznesinə yatırım etmək – uğur məhz buradadır. Qısa zamanda göydələnlər, ticarət mərkəzləri tikir. “Mandarin Plaza Lavina Mall”, “Blockbuster Mall”, “Dominant”, “Senator” və “Parus” biznes mərkəzləri onun əməyinin nəticəsidir.

Vaqif Əliyevin ailəsi haqda məlumat azdır. Bircə o məlumdur ki, Natella və Alina adlı iki qızı var.

Şahin
Gundem.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button