Manşet

Baş nazir Qərb liderlərinin “telefon diplomatiyası”nı tənqid etdi: “Putinə zəng etməyin”

“Qərb dövlətləri Rusiya Prezidenti Vladimir Putinə təcrid olunduğunu başa salmaq istəyirlərsə, ona zəng etməyi dayandırmalıdırlar”.

Bu barədə EURACTIV nəşrinə müsahibəsində Estoniyanın Baş naziri Kaya Kallas bildirib.

O, Fransa Prezidenti Emmanuel Makronun “telefon diplomatiyası”nı tənqid edib.

“Fikrimcə, hamı Putinə zəng etməkdə davam edərsə, o, təcrid olunduğunu başa düşməyəcək. Əgər bunu ona başa salmaq istəyiriksə, zəng etməyək, çünki bunun mənası yoxdur”, – K.Kallas deyib.

Baş nazir vurğulayıb ki, hamı zəng etdiyinə görə Putin özünü diqqət mərkəzində hiss edir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button