Manşet

Kreml Bakını “KTMT tələsi”nə sala biləcəkmi? – “Bakı yayınır, Tehran isə…”

“Rusiya təklənmiş durumdadır və öz orbitinin sıralarını Ukraynaya qarşı genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Elə bu səbəbdəndir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin artırılmasının riyazi hesablamalarını aparır”.

Bu sözləri siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov Rusiyanın KTMT-yə yeni üzvlər cəlb etmək səyləri haqda danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya dəfələrlə Azərbaycanı KTMT-də üzv kimi görmək istədiyini dilə gətirib, lakin Bakı Qərblə Rusiya arasındakı incə balanslaşdırma siyasətinin ruhuna uyğun davranaraq KTMT-yə üzvlük barədə düşünmür:

“Rusiya ona görə də çalışır ki, Azərbaycan heç olmasa, müşahidəçi qismində təşkilatda təmsilçilik hüququna yiyələnsin, hərçənd, bu da çətin məsələdir. Hazırda Rusiyanın quruma cəlb etmək istədiyi ölkələr sırasında İranın KTMT-də təmsilçiliyi daha inandırıcı görünür”.

Ekspert İranın Rusiyadakı səfiri Kazım Cəlalinin ölkəsi ilə Moskva arasında hərbi-texniki əməkdaşlığa dair verdiyi açıqlamanın maraq oyatdığını deyir:

“Hesab etmək olar ki, İranın da, Rusiyanın da beynəlxalq aləmdə təklənməsi bu iki ölkəni yeni platformada səylərini birləşdirəcək. Amma İranın KTMT-yə tam üzvlüyü yox, müşahidəçi qismində iştirakı daha real görünür”.

Turan Rzayev

gundem.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button