İkinci Quba üsyanı? – Qubalılar Xaçmaza gedən yolu yenədən bağladı
Dünən Quba rayon Zərdabi qəsəbə sakinlərinin Quba-Xacmaz yolunu bağlaması haqda məlumat verilmişdi.
Sakinlərin yolu bağlamasına səbəb, onlara verilən içməli su təchizatının mayın 20-dən dayandırılması idi.
Azadliq.info-nun məlumatına görə, dünən keçirilən aksiya sakinlərin gözləntilərini doğurultmayıb. Əksinə, sakinlərin tələbləri məmurlar tərəfindən biganəliklə və hətta müəyyən məqamlarda kobudluqla qarşılanıb. Ona görə də bu gün səhər saatlarında qəsəbə sakinləri qəsəbədən keçən Quba-Xaçmaz yolunu yenidən bağlayıb, proeblemlərinin həll olunmasını tələb ediblər. Sakinlər, suyun verilməsi təmin olunana qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Savash.org xatırladır ki, 2012-ci ilin mart ayında Quba şəhərinin mərkəzində 1000 nəfər şəhər sakini ilə başlayan etiraz aksiyası get-gedə genişlənərək kiçik xalq üsyanına çevrilmişdi. Buna səbəb isə o vaxt Quba rayon icra hakimiyyətinin başçısı postunu tutan Rauf Həbibovun qubalıları təhqir edən çıxışına etirazlarını bu yolla bildirən sakinlərin qəzəb və hiddəti aşıb daşması idi.
Həmin vaxt aksiyaçıların sıralarının genişlənməsindən qorxuya düşən hakimiyyət şəhərə əlavə hərbi və polis qüvvələri yerləşdirdi və polislə əhali arasında qarşıdurma yarandı. Hiddətlənmiş sakinlər icra başçısının evini yandırdılar. Onlarla aksiyaçı həbs edildi. Polis aksiyaçıları gözyaşardıcı qazla dağıtdı