Manşet

Putinlə Ərdoğan bu məsələdə “bir ələ oynayır?” – AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə etiraz etsə də, bunun ölkəsi üçün dərhal təhlükə yaratmayacağını bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında qeyd edib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz. Onun sözlərinə görə, bu baş versə, NATO təhlükəsizlik təşkilatı yox, terrorçulara dəstək verən quruma çevriləcək. 

Maraqlıdır, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı iki lider arasında qeyri-rəsmi razılaşma varmı?

Mövzu ilə bağlı Gundem.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, Rusiya və Türkiyə arasında Finlandiya və İsveçin NATO-ya qəbul edilməməsinə dair razılığın olması inandırıcı deyil:

“Məsələ ondadır ki, Rusiya-Ukrayna müharibəsində ciddi itkilərə məruz qalıb. Kremlin indiki məqamada ikinci genişmiqyaslı müharibəyə başlaması mümkün deyil. Digər tərəfdən nə İsveç, nə də Finlandiya Ukrayna deyil. Bu iki ölkənin ordusunun birlikdə say tərkibi Rusiya ordusunun yarısından az olsa da, texnologiya və taktiki döyüş bacarıqları baxımından nəzərəçarpacaq üstünlükləri var. Bu mənada Putinin məlum açıqlaması Rusiyanın faktiki məğlubiyyəti və proseslər qarşısında çarəsizliyinin etirafıdır”.

Politoloq Türkiyə Prezidentinin sözügedən mövzu ilə bağlı etirazlarını isə belə şərh edib:

“İsveç, Norveç, Danimarka, Finlandiya kimi Skandinaviya ölkələri uzun illərdir Türkiyənin mübarizə apardığı PKK, PYD, YPG terror təşkilatlarını himayə edir, onlra siyasi, iqtisadi, hərbi dəstək verir. Bu gün adını çəkdiyim terror təşkilatları faktiki olaraq bu ölkələrin dəstəyi ilə mövcuddur. Ola bilər ki, Putin Ərdoğanın həmin ölkələrə qarşı mövqeyini təxmin edib və buna görə də arxayın açıqlamalar verir. Bunun xaricində iki ölkə liderinin bu məsələdə razılığa gəldiyini düşünmürəm”.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button