Manşet

Putin indi hansı ay olduğunu unutdu, nəfəsini dərdi və… – Ekspert dəyərləndirməsi

Mayın 16-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin açılışında çıxış edən Rusiya prezidenti Vladimir Putin təşkilatın yaradılmasının yubiley ayının  adını çəkərkən tərəddüd edib.

O düşünərək “cari ay” deməklə vəziyyətdən çıxıb.

Putinin çıxışından fraqment: “…30 il öncə kollektiv təhlükəsizlik haqqında müqavilə imzalandı,  20 il öncə isə bu müqavilənin əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradıldı, yəni bizim faktiki olaraq iki yubileyimiz var və demək olar ki, eyni gündə – 14 və 15… aaa … (nəfəsini dərdi, gülümsədi) 1992 və  2002-ci illərin cari ayı”.

Putin bu kazusu əl çalmaq, təbəssüm və “bu hadisə münasibətilə sizi təbrik edirəm” deyərək ört-basdır edib.

Ekspertlər hesab edirlər ki, bu vəziyyət tamamilə sağlam insanlarda da özünü göstərir. Lazım olan sözün bir anda unudulması, eyni zamanda çox yaxında, dilin ucunda olması hər birimiz üçün adi şeydir, lakin mütləq yaşa bağlı dəyişikliklər və xəstəliklərlə əlaqəli deyil. Bu hala görə gözlənilən demensiya haqda fikir yürütməyə dəyməz.

turan

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button