Manşet

Rus əsirliyində olan “Azov” alayının komandiri həyat yoldaşına zəng etdi – DANIŞIĞIN MƏTNİ

“Azov” alayının komandiri Denis Prokopenko xanımı Yekaterinaya zəng edərək “Azovstal”dakı ukraynalı əsgərlərin qənaətbəxş şəraitdə saxlandığını və zorakılığa məruz qalmadığını söyləyib.

Bu barədə “The Guardian” məlumat yayıb.

“Onlar qidalanır. Şərait tələblərə cavab verir və bu qısa müddət ərzində zorakılığa məruz qalmayıblar. Bundan sonra nə olacaq, biz bilmirik. Amma vəziyyətə nəzarət edən üçüncü tərəflər var – BMT və “Qırmızı Xaç” var”, – deyə Yekaterina Prokopenko telefon danışığı ilə bağlı bildirib.

Qeyd edək ki, Denis Prokopenkonun həyat yoldaşı ilə ünsiyyətdə olarkən sərbəst danışa bilib-bilmədiyi məlum deyil.

Xatırladaq ki, “Azov”un yaralı döyüşçülərinin əksəriyyəti Yelenovka kəndindəki həbsxanada, ağır yaralı döyüşçülərdən ibarət kiçik qrup isə Novoazovskdakı xəstəxanada saxlanılır.

Prokopenko onu da bildirib ki, bildiyi qədər ukraynalı hərbçilərdən heç biri Rusiya Federasiyasına aparılmayıb.

BAKU.WS

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button