Manşet

Naxçıvana noutbuk aparmaq niyə qadağandır? – AZAL məsələyə aydınlıq gətirdi

Naxçıvana noutbuk aparmaq niyə qadağandır? - AZAL məsələyə aydınlıq gətirdiAZAL mətbuatda Naxçıvan Muxtar Respublikasına noutbuk buraxılmaması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır.

Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır.

Məlumatda bildirilir ki, noutbukların daşınmasına qadağa qoyulmayıb və Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button