Manşet

Baydenin Azərbaycana göndərəcəyi yeni səfir – Mark Libbi kimdir, hansı missiya ilə gəlir?

“ABŞ Prezidenti Cozef Baydenin administrasiyası, bir az da dəqiq ifadə etsək, Birləşmiş Ştatların uzunmüddətli strateji xəttini müəyyənləşdirən dərin strateqləri Rusiya-Ukrayna müharibəsi fonunda tərəfdaşlarla əlaqələrini genişləndirirlər. ABŞ-ın öz tərəfinə çəkmək istədiyi ölkələr sırasında Azərbaycan da var, yaxın günlərdə isə ABŞ-dan olan nümayəndə heyətlərinin Bakıya təşrif buyuracaqları planlaşdırılır”. 

Gundem.az xəbər verir ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycana təyin edəcəyi yeni səfirin qarşısında konkret tapşırıqlar qoyulacaq:

“İndi ABŞ üçün Bakı-İrəvan-Avropa İttifaqı arasında danışıqları, nəticə əsaslı razılaşmaları koordinasiya etmək prioritet kimi dayanır. ABŞ Prezidenti Cozef Baydenin Azərbaycana yeni səfir təyinatı üçün irəli sürdüyü namizəd də həmin koordinasiyanı effetiv təmin etmək siyasətinə hədəflənib. ABŞ liderinin Azərbaycanda səfir görmək istədiyi Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin məsləhətçisidir. Əvvəllər o, ABŞ-ın Brüsseldəki Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

Cənab Libbinin Brüsseldə ABŞ-ın maraqlarının təmsilçisi kimi işləməsi onun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını tənzimləmək işində də böyük diplomatik təcrübə sahibi ola biləcəyinin indikatorudur”. 

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button