Manşet

“Putin istefa verə bilmir, çünki…” – Rus siyasətçidən ŞOK İDDİA

Rus ordusunun Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi fonunda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi planlaşdırmaya Prezident Vladimir Putinin şəxsən rəhbərlik etməsində maraqlıdır.

Savash.org teleqraf.com-a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.

“Düşünürəm ki, Baş Qərargahdakılar hərbi planlaşdırmaya Putinin rəhbərlik etməsində maraqlıdırlar. Çünki bu zaman baş verənlərin məsuliyyəti onun üzərinə düşür. Buna görə də onu bu işə cəlb edirlər. Tarixdə buna bənzər təcrübələr var. Məsələn, İkinci Dünya müharibəsində Stalin şəxsən prosesə rəhbərlik etmişdi, bununla belə, hamı onun çox yaxşı komandir olduğunu bilirdi”, – Ponomaryov bildirib.

Sabiq deputat onu da qeyd edib ki, Putin çox uzun müddətdir hakimiyyətdədir və artıq yorulub:

“Putin uzun müddətdir hakimiyyətdədir. Prezidentin ənənəvi funksiyalarından çoxdan yorulub və bunlardan qurtula bilmir. İstefaya da gedə bilmir, çünki etməli olduğu məcburi şeylər var”.

Keçmiş deputat belə bir fikri də bildirib ki, ənənəvi işlərindən yorulan Putin indi özünü “böyük strateq” rolunda sınamaq qərarına gəlib:

“O, beynəlxalq siyasətlə məşğul olmağı xoşlayır, çünki bu, ona özünü “böyük strateq” kimi hiss etmək imkanı verir. Rusiyada bəzi axmaqlarla ünsiyyət qurur, beynəlxalq miqyasda isə layiqli rəqibləri var. İndi də onun başqa bir rol oynamaq imkanı var. Bəllidir ki, bu, onu xoşbəxt etməlidir, heç olmasa, vəziyyətin belə dəyişməsi ona xoş gəlir”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button