Manşet

AzTv-dən çıxarılan jurnalist: \”Alışanov özünü prezidentdən güclü hesab edir?\”

AzTv-dən çıxarılan jurnalist: "Alışanov özünü prezidentdən güclü hesab edir?"AzTV-nin Xəbərlər proqramının əməkdaşı Ağanisə Sultanova işdən azad edilib.

Bu barədə jurnalistin özü məlumat verib. A. Sultanova bildirib ki, bir neçə gün əvvəl prezident İlham Əliyevə yazdığı müraciət şirkətin sədri Arif Alışanovu qəzəbləndirib və o işdən çıxarılıb.

\”Sədr Arif Alışanov prezidentə müraciətimin \”cavabı\” olaraq məni qanunsuz olaraq işdən çıxarib. Səbəb isə Cənab Prezident məni evlə təmin edəndən sonra 2 ildir şüurlu şəkildə Arif Alışanov tərəfindən AzTV-də qarşılaşdığım haqsızlıqlar, ədalətsizliklər, əmək haqqımın kəsilməsidir. Belə çıxır ki, məni işdən çıxarmaqla Arif Alışanov özünü möhtərəm prezident İlham Əliyevdən \”güclü\” və \”toxunulmaz\” hesab edir. Cənab Prezident dəfələrlə bəyan edib ki, ona müraciət etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Dəyərli həmkarlarım, hamınızdan ədalətsizliklə, haqsızlıqla üz-üzə qaldığım vaxtda dəstək olmağınızı xahiş edirəm!”,-deyə Ağanisə Sultanova yazıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button