Manşet

Azərbaycan Rusiyanın təcavüzünə məruz qalarsa… – ABŞ səfirindən “yanınızdayıq” mesajı

Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra qonşu ölkələrdə onların təhlükəsizliyi və suverenliyilə bağlı əsaslı narahatlıq yaranıb.

“Vladimir Putinin hərəkətlərii bütün ölkələr üçün siqnal oldu ki,  o, sərhədləri tanımır və bu, onun hərbi ambisiyalarıdır”.

Bu barədə cümə axşamı brifinqdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Turan-ın “Azərbaycan və ya digər keçmiş sovet respublikaları da Ukrayna kimi təcavüzə məruz qalarsa, ABŞ onlara hərbi dəstək göstərəcəkmi?” sualının cavabında bildirib.

“Təəssüf ki, Rusiya çox irrasional və gözlənilməz hərəkət edə bilər. Mən region ölkələrinin niyə belə narahat olduqlarını başa düşürəm”.

“Düşünürəm ki, ABŞ bütün ölkələrin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyəcək. Əgər biz belə təhdidləri görsək, müvafiq və mütənasib tədbirlər görüləcək”, – səfir vurğulayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button