Manşet

Bakıda qala divarına “Z“ işarəsi çəkən şəxs tutuldu – Rus əsilli Bakı sakini

İyunun 13-ü, saat 20:00 radələrində Bakının Səbail rayonu ərazisində kuryoz hadisə baş verib.

“SAVAŞ” minval-az-a istinadla xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarında Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”na dəstəyin rəmzi olan “Z” hərfi çəkilib.

Ərazinin 9-cu polis bölməsinin əməkdaşları qoruq obyektinə zərər vuran şəxsi müəyyənləşdiriblər. Onun paytaxt sakini Aleksandr Saprıkin (1955-ci il təvəllüdlü) olduğu məlum olub.

Polis onu tapıb və barəsində inzibati tənbeh tətbiq etmək üçün polis bölməsinə aparıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button