Manşet

“Toyota” “Azpetrol”un yük maşınına çırpıldı – Ölənlər var

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Toyota” markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində “Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin – Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər.

Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Bu barədə Report məlumat yayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button