Manşet

Hər 17 nəfərdən biri… – Azərbaycanda yoxsulluq səviyyəsi açıqlanıb

Ötən il Azərbaycanda yoxsulluq səviyyəsi 5,9 faiz təşkil edib.

Bu haqda məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. 2020-ci ildə yoxsulluq səviyyəsi 6,2 faiz, 2019-cu ildə isə 4,8 faiz təşkil edirdi.

Ötən il ölkəmizdə yoxsulluq həddi isə 204,7 manat olub. Yoxsulluq həddi 2020-ci ildə 195 manat, 2019-cu ildə 185,5 manat idi. 

Qeyd edək ki, Azərbaycanda yoxsulluğun səviyyəsinin müəyyənləşdirilməsi üçün ilk əvvəl ölkədə yaşayış minimumunun dəyəri hesablanır. Yaşayış minimumunun dəyəri yoxsulluq həddi kimi qəbul edilir. Adambaşına düşən gəlirləri yaşayış minimumunun dəyərindən aşağı səviyyədə olan əhalinin xüsusi çəkisi yoxsulluq göstəricisidir və bu əhali yoxsul əhali hesab edilir.

Azərbaycanda yoxsulluq həddi yaşayış minimum ilə hesablansa da, Avropa İttifaqı ölkələrində orta əmək haqqının həcminə görə hesablanır. Gəliri orta əmək haqqının 60%-dən az olanlar yoxsulluq həddinə düşənlər sayılır.

Xatırladaq ki, Azərbaycanda 2021-ci ildə orta əmək haqqı 732 manat olub.

Vasif

Sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button