Manşet

YAP-çı deputatdan sensasion açıqlama: Almaniya Azərbaycandan ”Simens\”-in qisasını alır?

YAP-çı deputatdan sensasion açıqlama: Almaniya Azərbaycandan ”Simens"-in qisasını alır?\”Təsəvvür edin ki, Almaniya Bundestaqında Azərbaycanın məsələsi qoyulur. Axı sən BMT deyilsən. Hətta BMT-nin özünün qətnamələri yerinə yetirilmir. Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul edilib, icra olunmur. Yaxud heç BMT-nin qətnaməsi olmadan ölkələrə girib darmadağın edirlər, NATO qüvvələri gəlib orda oturur və s.\”.

YAP-ın icra katibi Siyavuş Novruzov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirib.

Azərbaycanla Avropa strukturlarının bəzisi, o cümlədən Bakı ilə Berlin arasındakı vaxtaşırı müşahidə olunan soyuq münasibətlər barədə danışan hakim partiya təmsilçisi deyib ki, Azərbaycan müstəqil siyasət kursuna sadiqdir. O əlavə edib ki, Almaniya Bundestaqı Almaniyanın daxili ilə bağlı hansısa qərar verə bilər: “Hesab edin ki, bu gün Azərbaycan parlamenti burda oturub Moldova ya Belarusla bağlı qərar qəbul edir, bunun o ölkələrdə hansı hüquqi nəticəsi ola bilər? Həmin Avropa ölkələri ilə bizim əməkdaşlığımız davam edir, onların Azərbaycanda müəyyən təşkilatları, şirkətləri fəaliyyət göstərir”.

S.Novruzov bu barədə danışarkən maraqlı bir faktı da xatırladıb: “Mən şahidəm ki, Bolqarıstanda – Sofiyada iki dəfə bizim NATO Parlament Assambleyasının assosiativ üzvü olmağımıza səs vermədilər. Bir neçə ölkə buna qarşı çıxırdı, biri də Almaniya. Sual olundu ki, niyə bizə səs vermirsiniz? Cavab verdilər ki, bizim ”Simens\” firmasına imkan vermirsiniz ki, gəlib Azərbaycanda işləsin. Ona şərait yaradın, biz də sizə səs verək. Yəni belə hallar da var. O zaman bir il imkan vermədilər ki, biz assosiativ üzv kimi quruma daxil olaq\”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button