Manşet

Putinlə Makronun müharibədən 4 gün əvvələ aid şok danışığı yayıldı: “Xokkey oynamaq istəyirəm…”

Rusiya-Ukrayna savaşı başlamamışdan 4 gün öncə Emmanuel Makron və Vladimir Putin arasında baş tutan son telefon danışığı aylar sonra üzə çıxıb.

Liderlər arasındakı bu danışıq Makronun komandası tərəfindən görüntülənib və kritik görüşdən bəzi məqamlar Fransa  prezidenti ilə bağlı sənədli filmdə istifadə olunacaq.

Sözügedən sənədli film cümə axşamı “Frence 2”də yayımlanacaq.Digər tərəfdən müharibədən əvvəl iki liderin son görüşünün qəribə olduğu düşünülür.

Rusiyanın Ukraynaya qarşı başlaya biləcəyi müharibənin qarşısını almaq üçün Makron fevralın 20-də səhər Putinə zəng edib və çıxışının əvvəlində ona açıq şəkildə “həmişə olduğu kimi, vəziyyəti qiymətləndirməyinizi və niyyətinizi mənə birbaşa bildirməyinizi istəyirəm”, deyə söyləyib. Ukraynanı Minsk razılaşmasını pozmaqda və nüvə silahı əldə etməkdə günahlandıran Putin isə deyiləsi nəyinsə olmadığını, hər şeyin göz önündə baş verdiyini vurğulayıb:

“Həmkarımız Zelenski Minsk razılaşmalarını yerinə yetirmək üçün heç bir iş görmür. O, sizə yalan danışır”.

Putin daha sonra Ukraynanın şərqindəki separatçıların təkliflərinin nəzərə alınmalı olduğunu bildirsə də,  Makron “separatçıların təklifləri bizi maraqlandırmır” deyə cavab verib. Bu məqamda gərginliyin artmasına baxmayaraq, Makron aranı sakitləşdirməyə çalışıb və “yaxın günlərdə heç bir təxribata boyun əyməyin”, əlavə edib. Görüş Makronun Putinə Baydenlə birgə zirvə görüşünü təklif etməsi ilə yekunlaşıb. Putin bu təklifə etiraz etməsə də, israrla tarix təyin etməkdən çəkinib.

Telefon danışığını bitirməmişdən əvvəl Putin təəccüblü açıqlama verib: “Əslində bu gün buzlu xokkey oynamaq istəyirdim. Fiziki fəaliyyətə başlamazdan əvvəl məsləhətçilərimlə danışacam”.

Makron sənədli filmin prodüserlərinə verdiyi açıqlamada “Putinlə etimad və intellektual müzakirələr işığında bir yol tapa biləcəyimizi düşünürdüm. Onu inandıra bilmədim, Ukraynanı işğal etdi” deyib.

Günay Rəsulqızı

Sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button