Manşet

NATO Cənubi Qafqazı Rusiyaya “hədiyyə edir”? – İsveç və Finlandiya qarşılığında….

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı geri addım atması bu istiqamətdə müxtəlif fikirlərin səsləndirilməsinə səbəb olub. Bunlardan biri də NATO-nun iki ölkənin alyansa qəbul edilməsi üçün Rusiyaya bəzi güzəştlər etməyə razılıq verməsi ilə bağlıdır. İddiaya görə, ABŞ Mərkəzi Asiya və Cənubi Qafqazda Rusiyaya güzəştə gedəcək, eyni zamanda Ukraynaya dəstək də yumşaldılacaq.

Politoloq Əlimusa İbrahimov deyib ki, Rusiyanın NATO-ya yeni üzvlərin qəbul olunmasına ciddi etirazına baxmayaraq, NATO üzvləri onu razı salmaq haqqında düşünmür və hətta bununla bağlı fikir belə yürütmək istəmirdilər:

“Çünki Rusiyanın təhdidlərinə rəğmən, İsveç və Finlandiyanın NATO-ya girməsinin qarşısını almaq üçün onun əlində mexanizm yoxdur. O, bu sahədə gördüyü tədbirləri artıq həyata keçirib və indiki şəraitdə NATO üzvləri ilə birbaşa müharibəyə girmək vəziyyətində deyil. Rusiyanın ən sonda atacağı addım Finlandiya və İsveç yaxınlığında Atom Elektrik Stansiyası qurmaq ola bilər ki, bu haqda ölkənin hakim dairələri hələlik fikir mübadiləsi aparırlar. Mərkəzi Asiya və Cənubi Qafqazın Rusiyaya güzəştə gediləcəyi isə inandırıcı deyil. Bu gün ABŞ və Avropa İttifaqı bu regionlarda daha fəal siyasət yeritmirsə, bu, həmin bölgələrin Rusiyaya güzəştə gedilməsi anlamına gəlməməlidir. Sadəcə, Ukrayna və Moldova kimi daha əhəmiyyətli regionlar var və Qərb orada vəziyyətə aydınlıq gətirməklə məşğuldur”.

Müsahibimiz qeyd edib ki, Ukrayna məsələsi bitəndən sonra Cənubi Qafqaz və və Mərkəzi Asiya barədə konkret mövqe sərgilənəcək:

“Ukrayna hadisəsindən sonra Rusiyaya hər hansı bir bölgənin güzəştə gediləcəyi barədə söhbət gedə bilməz. Hazırkı müharibədə ehtimal edilən yumşalma isə Ukrayna ərazisinin kəsilərək Rusiyaya qatılması deməkdir. Qərbdə bu barədə düşünənlərin mövcudluğu məlumdur və onlar zaman-zaman səslərini qaldırır. Amma Ukrayna xalqının bu cür yumşalmaya razı olacağı inandırıcı deyil”.

Günay Rəsulqızı

sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button