Manşet

İran səfirliyindən sərhədlərin bağlanması xəbərinə REAKSİYA: “Təxminən bir saat olar ki…”

Sosial şəbəkələrdə iyulun 1-dən etibarən İranın Azərbaycanla quru sərhədlərini iki ay müddətinə bağlamaq qərarı verildiyinə dair məlumat paylaşılıb. Məlumatda Naxçıvan istiqamətində də sərhədlərin bağlı olacağı bildirilib.

Mövzu ilə bağlı Sfera.az-ın sorğusuna cavab verən İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, yayılan məlumatdan xəbərləri var və hazırda məsələ araşdırılır.

“Təxminən bir saat olar ki, belə bir məlumatların yayılmasından xəbərdarıq. Amma bildiririk ki, hazırda sərhəd İran tərəfindən açıqdır. Sərhəd Azərbaycan tərəfindən bağlanılıb”.

Xatırladaq ki, Azərbaycan pandemiya səbəbindən quru sərhədərini açmayıb. İran isə xeyli müddətdir ki, qonşu ölkələrlə quru səhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi.

Bundan başqa, Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi. Bir neçə gün əvvəl yayılan məlumata görə, quru sərhədini keçmək üçün tələb olunan xüsusi icazələr ləğv edilib.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button