Manşet

Aydın Bəşirovdan “gəmi oğurluğu” qalmaqalı ilə bağlı AÇIQLAMA

Aydın Bəşirovdan “gəmi oğurluğu” qalmaqalı ilə bağlı AÇIQLAMA“Gəmi sahibinə qaytarılıb”

\”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi\” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş rəisi Aydın Bəşirov Yaxt klubdan “Vətən” gəmisinin yoxa çıxması ilə bağlı xəbərə münasibət bildirib. A.Bəşirov Lent.az-a açıqlamasında bildirib ki, həmin gəmi artıq sahibinə qaytarılıb: “Bildiyimə görə, gəmi artıq sahibindədir. Digər deyilənlərə gəlincə, belə söz-söhbətlərə qulaq asmaq lazım deyil”.

Qeyd edək ki, bu günlərdə polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını bildirib. Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından Yaxt klubun ərazisində müqaviləsiz əsaslarla saxlanırmış. F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib.

\”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi\” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Yaxt Klub rəhbərliyi də ərazisindən katerin oğurlanması ilə bağlı xəbərə münasibət bildirib. Yaxt Klubun mətbuat xidmətinin rəhbəri Əhməd Əsgərov bildirib ki, oğurlandığı iddia edilən 65 metrlik gəminin sahibi əslində QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur: “Gəminin sahibi QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur. Həmçinin qeyd etmək istəyirik ki, həmin gəmi itməyib və gəminin fotolarını sizə təqdim edəcəyik. Yaxt Klubdakı dayanacağa gəlincə, ora pullu və müqavilə əsasında fəaliyyət göstərir. Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz. Onu da qeyd edim ki, bu gəminin mülkiyyətçiliyi ilə bağlı bir sıra qaranlıq məqamlar və suallar mövcuddur”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button