Manşet

Bərdədə etiraz aksiyası: Vidadi İsayev gizlənib, polis aksiyaçılara zor tətbiq edib – FOTOLAR+VİDEO

Bərdədə etiraz aksiyası: Vidadi İsayev gizlənib, polis aksiyaçılara zor tətbiq edib - FOTOLAR+VİDEO
Bərdədə etiraz aksiyası: Vidadi İsayev gizlənib, polis aksiyaçılara zor tətbiq edib - FOTOLAR+VİDEO
Bərdədə etiraz aksiyası: Vidadi İsayev gizlənib, polis aksiyaçılara zor tətbiq edib - FOTOLAR+VİDEOBərdə rayonunda etiraz aksiyası keçirilib.
Savash.org-un Bərdədə olan əməkdaşının verdiyi məlumata görə, avqustun 1-də, səhər saatlarında məcburi köçkün və şəhid ailələrindən ibarət qrup Bərdə RİH binası qarşısında etiraz aksiyası keçirir. Bərdə RİH binası və Heydər Əliyev heykəlinin önünə toplaşan şəxslər rayonda məcburi köçkünlər üçün inşa olunan mənzillərin verilməsində neqativ halların olmasına etiraz ediblər.
Əməkdaşımızın verdiyi xəbəbrə görə, etirazçılar Bərdə RİH başçısının onlara açıqlama verməsini tələb etsələr də Vidadi İsayev kabinetindən çıxmayıb. \”Qaçqınkom\”un Bərdədə olan nümayəndəsi də etirazçılarla görüşməkdən imtina edib. Aksiyaçılarla danışıqlar aparan Bərdə RİH başçısının müavini isə onlara dağılışmağı məsləhət görərək, əks halda polisin işə qarışacağını xatırladıb. Aksiyaçılar isə dağılışmaq niyyətində olmadığını bildiriblər, məhz bundan sonra polis hərəkətə gələrək aksiyanı dağıtmağa cəhd göstərib.
Sonda aksiyaçılar tələblərinin yerinə yetirilməyəcəyi halda yenidən etiraz edəcəklərini bəyan edərək, aksiyanı dayandırıb.
Bərdədəki etiraz aksiyasından çəkilmiş video və foto materialları oxucularımıza təqdim edirik.


Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button