Manşet

Sabir Rüstəmxanlının qardaşı oğlu “Bandotdel”ə aparılıb

Sabir Rüstəmxanlının qardaşı oğlu “Bandotdel”ə aparılıb\”Bir neçə gün əvvəl qardaşım Dilavərin (Əliyev) oğlu Bəhruzu işlədiyi kafedən 7-8 polis tutub Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (Bandotdel) aparıblar\”.

Bu barədə VHP sədri \”Qafqazinfo\”ya müsahibəsində bildirib. O qeyd edib ki, qardaşı oğlunu 3 gün sonra buraxıblar.

Qeyd edək ki, Sabir Rüstəmxanlının qardaşı Dilavər Əliyev polis mayorudur. Hazırda Bakı Şəhər Yol Polisi İdarəsində işləyir, bundan əvvəl isə Yardımlı və Ağcabədi rayonlarında yol polisi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Millət vəkili bildirib ki, qardaşı oğluna qarşı bu cür münasibət Almaniyaya mühacirət etmiş digər qardaşı Əlövsət Əliyevlə bağlıdır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button