Manşet

Riçard Kozlariç: “Mən də getməzdim, səfərlərin məqsədi şəkil çəkdirmək imkanıdırsa…”

“ABŞ səfiri olsaydım, Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanmayana qədər bu ərazilərə мən də getməzdim”.

Bunu TURANa ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997) Riçard Kozlariç Qərb diplomatlarının Şuşaya səfərdən imtina etmələrindən Bakının narazılığını şərh edərkən deyib.

Azərbaycan prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev cümə günü ABŞ və Fransa səfirlərini xüsusi olaraq qeyd edərək, onları akkreditə olunmuş xarici diplomatların konfransının keçirildiyi Şuşaya səfər etməkdən imtina etdiklərinə görə tənqid edib. Rusiya səfiri də ora qetməmişdi.

Kozlariçin sözlərinə görə, belə səfərlərin məqsədi “şəkil çəkdirmək imkanıdır”.

“Mən ora dəvət olunduğum üçün yox, istədiyim vaxt gedərdim”, o əlavə edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button