Manşet

UKRAYNA ORDUSU 3 YAŞAYIŞ MƏNTƏQƏSİNİ AZAD EDİB – Zelenski açıqlayıb

Ukrayna Ordusu Donetsk vilayətində və ölkənin cənubunda üç yaşayış məntəqəsini işğalçılardan azad edib.

Bu barədə Prezident Vladimir Zelenski videomüraciətində bildirib.

“Bazar günü olsa da, müharibədə istirahət günləri yoxdur. Silahlı Qüvvələrin Ali Baş Komandanı, əməliyyat rayonlarının komandirləri və kəşfiyyat rəhbəri hesabat veriblər. Yaxşı hesabatlar var idi. Bu gün mən Donetsk vilayətində nəticəni təmin edən 103-cü müdafiə briqadasının 63-cü batalyonunun döyüşçülərinə təşəkkür etmək istəyirəm. Qəsəbə azad edilib. Cənubda iki yaşayış məntəqəsi də azad edilib”,- deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Lisiçansk – Seversk istiqamətində 54-cü briqada da yaxşı addımlar atıb, müəyyən yüksəkliklər tutulub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button