Manşet

Paşinyan qapalı görüşdə Azərbaycanla sülh bağlayacağını ELAN ETDİ – “Bu ilin sonuna qədər…”

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə görüşüb.

Qapalı keçirilən görüşdə o, İlham Əliyevlə Brüssel görüşünün nəticələri barədə onlara məlumat verib.

“SAVAŞ” xəbər verir ki, bu barədə Ermənistan mediası xəbər yayıb. Nikol Paşinyan bəyan edib ki, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.

Xatırladaq ki, bundan əvvəl İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bir neçə ay ərzində sülh sazişinin bağlanıb imzalana biləcəyini bildirmişdi. Prezident İlham Əliyevin fikrincə, bunun üçün Ermənistan müvafiq iradə nümayiş etdirməlidir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button