Manşet

“Paşinyan gah Moskvaya, gah Parisə zəng edir…” – Silahlar niyə işə düşdü, nə baş verir?

“Nə qədər ki, sülh sazişi imzalanmayıb, Azərbaycanla Ermənistan arasında toqquşmalar fasilələlərlə davam edəcək”.

Bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki,  Azərbaycan yaxın müddətdə Kəlbəcəri və Laçını məskunlaşdıracaq və bu baxımdan həmin ərazilərin atəş altında olmasına imkan vermək olmaz:

“Ermənistandan Kəlbəcər və Laçına təhlükə yaradan atəş nöqtələrinin neytrallaşdırılmasına ehtiyac var idi. Ermənistan hakimiyyəti və Qarabağ separatçıları yalnız gücə tabe olurlar, İrəvan razılaşmaları daima pozur, onlar qarşılarında güc gördükdə geri çəkilirlər. Deməli, biz daima bu alətdən qarşı tərəfin təxribatlarına qarşı istifadə etmək məcburiyyətindəyik. Bu zaman Azərbaycana daha çox Rusiya mane olmaq istəyəcək. Ancaq zaman Rusiyanın əleyhinə işləyir. Ukrayna ordusu uğurlu əks-hücumlar həyata keçirir. Rusiya ordusu geri çəkilir, imicinə zərbə dəyib, dünyanın ikinci böyük ordusu məğlub duruma düşüb. Belə vəziyyətdə olan Rusiyanın prosesləri əngəlləməsi Moskvaya əlavə problemlər yaradacaq”.

Ekspert həmçinin bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan yenə Moskva, Paris və Vaşinqtonu ayağa qaldırmağa çalışır, zənglər edir və Azərbaycan əleyhinə ittihamlar səsləndirir:

“O, işə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qarışmasını da istəyir. Nikolun məqsədi bu dövlətlərin və KTMT-nin Azərbaycana təzyiq etməsi və durdurmasıdır. Bu dövlətlərin hər birində ermənipərəst mövqedə dayanan siyasi mərkəzlər olsa da, rəsmi səviyyədə Azərbaycanı qarşılarına almayacaqlar, hər birinin Cənubi Qafqazın əsas dövləti ilə əməkdaşlığı davam etdirməyə ehtiyacı var. KTMT-yə gəldikdə, bu təşkilat ümumi narahatlığını ifadə edəcək. Ermənistan xaricində KTMT üzvlərinin tamamı Azərbaycanla tərəfdaşlıq münasibətlərinə malikdirlər. Buna baxmayaraq, Ermənistan həmişə olduğu kimi Azərbaycana qarşı dezinformasiya müharibəsini genişləndirməyə çalışacaq, Rusiya və Qərbdəki tərəfdaşlarından dəstək umacaq”.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button