Manşet

Xədicə İsmayılın məhkəməsi pulludur? – Giriş 5 manat… – VİDEO

Xədicə İsmayılın məhkəməsi pulludur? - Giriş 5 manat... - VİDEOAvqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesi işıqlandırmaq istəyən media nümayəndələrilə yanaşı, Xədicə İsmayılın dostları, həmkar dəstəyi nümayiş etdirməyə gələn jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları, siyasi partiya təmsilçiləri, diplomatik missiya nümayəndələri də toplaşıb.

Ancaq məhkəməyə yalnız hakimiyyətə yaxın media orqanlarının əməkdaşını buraxandan sonra zalda yerin olmadığını bildiriblər: \”Hətta məhbus jurnalistin yaxınlarını da iclasa buraxmayıblar\”.

Əvəz Zeynallı bildirib ki, məhkəmə 5 manata adamları içəri buraxırlar. Biz təklif edirik ki, 10 verək və bizi də içəri buraxsınlar.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button