Manşet

“KTMT missiyasını Azərbaycan-Ermənistan sərhədinə göndərəcək” – Peskovdan açıqlama

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyası Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək.

Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, Ermənistanla Azərbaycan sərhədində gərginlik qalmaqdadır və bununla əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının oraya göndərilməsi qərara alınıb.

“Dünən KTMT missiyasının sərhədə getməsi qərara alınıb”, – deyə Peskov vurğulayıb.

O, əlavə edib ki, qərar axşam saatlarında verilib, missiyanın formalaşdırılması və onun sərhədə göndərilməsi bir qədər vaxt aparacaq. (konkret.az)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button