Manşet

Xədicə İsmayılova: “Tural bura gəlməsə, mən də ifadə verməyəcəm…\”

Xədicə İsmayılova: “Tural bura gəlməsə, mən də ifadə verməyəcəm..."Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs bir sıra sualları cavablandırıb.

Əvvəlcə hakim X.İsmayılovadan məhkəmə heyətinə etirazının olub-olmadığını soruşdu. X.İsmayılova cavabında iş materialları ilə tanış olmadığını dedi. Hakim ona “buna kifayət qədər vaxtınız olub” deməklə cavab verdi. X.İsmayılova isə məhkəmə tərkibinə etirazının olduğunu dolayısı ilə ifadə etdi. O, hakimlərin çoxunu “sifarişlə işləməkdə və vicdansızlıqda” suşladı. Hakim bu məqamda ona xəbərdarlıq etdi: “Təhirə yol verməyin”.

İş üzrə zərərçəkən Tural Mustafayev bugünkü prosesdə iştirak etmirdi. X.İsmayılova bunu əsas götürərək prosesin davam etdirilməsini məqsədəuyğun saymadığını bildirdi.

Hakim T.Mustafayevin növbəti prosesdə iştirak edəcəyini diqqətə çatdırdı. Məhkəmə onun növbəti prosesə məcburi qaydada gətirilməsi barədə qərar qəbul etdi.

X.İsmayılovanın vəkili Cavad Cavadlı çarpaz üzləşmə keçirilməsi barədə vəsatətə qaldırdı. X.İsmayılova isə dedi ki, o, T.Mustafayevin həyatına təhlükə görür, onun “bəlkə də oğurlandığını zənn edir”.

Daha sonra vəkillər X.İsmayılovanın şüşə qəfəsdən çıxarılması barədə vəsatət qaldırdı. Vəsatət təmin olunmadı.

Bundan sonra prokuror ittiham aktını elan etdi. Hakim X.İsmayılovaya sual verdi:

-Özünüzü bu ittiham aktı ilə təqsirli bilirsinizmi?

X.İsmayılova:

-Mən nədə ittiham olunduğumu ümumiyyətlə bilmirəm.

Hakim:

-Bu ittiham təqsdiqini taparsa, size 15 il həbs cəzası gözləyir.

X.İsmayılova:

-Siz sifarişlə işləyirsiniz. İstəyirsiniz lap 25 il cəza verin. Tural gəlib burada ifadə verməyənə qədər mən də ifadə verməyəcəyəm.

Hakim:

-Digər epizodlar üzrə ifadə verin.

X.İsmayılova:

-Digər epizodlar üzrə ittiham da düzgün tərtib edilməyib. Mən hansı sahibkarlıq fəaliyyəti ilə məğul olmuşam. Bunlar mənə aydın deyil.

Bundan sonra prosesdə fasilə elan olundu.

Baş Prokurorluğun mətbuat xidmətinin X.İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq” radiosu və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda sink-oksid dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına örə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. T.Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbayel Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr, 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sonradan X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button