Manşet

Paşinyan Putini Vladivostokda belə aldadıb – Sentyabr döyüşlərinin şok səbəbi ÜZƏ ÇIXDI

Ermənistan Baş naziri Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçiriləcək sammitində iştirak etməyəcəyi bəlli olub. Bu barədə erməni mediası məlumat yayıb.

Bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şükürlü deyib ki, imtina qərarı ilə də sərhəddəki son erməni təxribatlarının məhz bu sammit ərəfəsində planlaşdırılan Putin-Ərdoğan-Əliyev-Paşinyan görüşünü və bu görüşdə əldə edilə biləcək razılaşmanı pozmaq məqsədiylə elə Paşinyan komandasının özü tərəfindən təşkil edildiyi aydın olur:

“Şanxay Əməkdaşlıq Təşkilatı ən ciddi antiQərb blokudur. Bu blokun sammitində Putin-Ərdoğan-Əliyev-Paşinyan görüşünün təşkili və bu görüşdə Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə edilməsi istiqamətində hər hansı sənədin imzalanması 10 noyabr 2020-ci il sənədinə daha geniş auditoriyada legitimlik qazandırmaqla, Cənubi Qafqaza təsir imkanlarını itirməməyə çalışan ABŞ və Avropa İttifaqının mövqelərinə də zərbə olacaqdı. İndi aydın olur ki, Putinlə Vladivostokda danışan Paşinyan ŞƏT sammitində iştiraka və dördlü görüşün keçirilməsinə razılıq versə də, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Rikerin gətirdiyi mesajdan, verdiyi vədlərdən sonra Putinlə razılaşmanı pozmaq məcburiyyətində qalıb. Çıxış yolu kimi, Azərbaycanla sərhədlərimizdə təxribat törətməyə əl atıb”.

Ekspert qeyd edib ki, Paşinyanın Qərbin açıq dəstəyi və təhrikiylə Azərbaycan və Rusiya ilə razılaşmanı pozması, sülhdən yayınması onu yenidən Rusiya-Türkiyə-Azərbaycan üçlüsünün təzyiqlərinə məruz qoyacaq:

“Ehtimal ki, Qərb Paşinyanı qorumaq üçün həm beynəlxalq təşkilatlar vasitəsilə, həm də Azərbaycandakı şəbəkəsini hərəkətə gətirməklə hərbi əməlliyyatları davam etdirməyimizin qarşısını almağa çalışacaq”.

Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button