Manşet

“Yersiz səs-küy qaldıranlar…” – Şəhid dəfnlərində dini şüarlar səsləndirənlərlə bağlı araşdırma başladı

Daxili İşlər Nazirliyi şəhidlərin dəfn edilməsi zamanı dini şüarlar səsləndirən, səs-küy salan şəxslərlə bağlı açıqlama verib.

“SAVAŞ” xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, bir sıra sosial şəbəkə istifadəçiləri öz səhifələrində postlar paylaşaraq şəhidlərimizin dəfni zamanı sanki naməlum istiqamətdən yönəldilmiş bir qrup şəxsin mərasimlərə qatılaraq səs-küy salmaları və dini şüarlar səsləndirmələrini narahatlıqla qeyd edərək hüquq mühafizə orqanlarından belə şəxsləri həmin mərasimlərə buraxmamağı xahiş edirlər:

“Sosial şəbəkələrdəki qeyd olunan müraciətlərin müəlliflərinə vətəndaş mövqeyi sərgilədikləri üçün təşəkkür edir və onların narahatlıqlarını anlayışla qarşılayırıq.

Bildirim ki, şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları orada baş verənləri müşahidə edirlər. Sadəcə, dəfn mərasimində hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin şəxsləri oradan uzaqlaşdırmırlar. Lakin mərasimlər başa çatdıqdan sonra qeyd olunan şəxslərin ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button