Manşet

Azərbaycan Ordusunun hərbi maşınlarında “Z” işarəsi? – “Həmin hərfi əlifbadan çıxaraq?”

Sosial şəbəkədə Azərbaycan Ordusuna aid avtomobil karvanının görüntüləri yayılıb. Bəzi istifadəçilər videoya diqqətlə baxdıqda hərbi maşınların üzərində “Z” işarəsinin görüldüyü iddia ediblər.

Bununla bağlı hərbi ekspert Ədalət Verdiyev araşdırma apardığını deyib. O xatırladıb ki,  Azərbaycan Ordusunun həm hava, həm də quru qoşun növləri qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib:

“Hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan/qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub  – texnikaların üstünə və yanlarına.  Fotolardan göründüyü kimi, adi “Z”dən fəqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib”.

Ekspert qeyd edib ki, hərbiçilərimizin istifadə etdiyi simvollar heç bir ideoloji məna daşımır:

“Bu, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil. Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərlə istifadə edirsə, bu, o demək deyil ki, biz həmin hərfləri əlifbamızdan çıxarmalıyıq. Odur ki, hesab edirəm ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq, ona ürək-dirək verməliyik, onları gələcək qələbələrə ruhlandırmalıyıq”.

Türkan

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button