Manşet

Zelenski Putinin dostunu təhvil verdi, “Azov” döyüşçülərini geri aldı – Əsir sövdələşməsi

Ukrayna ilə Rusiya arasında indiyədək ən böyük əsir mübadiləsi həyata keçirilib.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna prezidentinin administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.

“Böyük əsir mübadiləsi bir neçə mərhələdə və müxtəlif yerlərdə baş verdi, 215 nəfəri əsirlikdən qaytardıq. Bunlar hərbçilər, sərhədçilər, polislər, dənizçilər, milli qvardiyaçılar, gömrük işçiləri, mülki şəxslərdir. Denis Prokopenko “Redis”, Sergey Volınski “Volın”, Svyatoslav Palamar, Denis Şleqa, Oleq Xomenko – “Azovstal”ın komandirləri – onlar artıq təhlükəsizlikdədirlər. Azad edilənlər arasında Ukrayna uğrunda
döyüşmüş 10 əcnəbi də var. “Azovstal”ın 5 komandiri 55 rus əsiri ilə dəyişdirildi”
, – Yermak deyib..

Azad edilənlər arasında Azovstalın müdafiəçiləri, hamilə hərbçi qadınlar, 5 nəfər Ukrayna qəhrəmanı, mülki şəxslər, həmçinin əcnəbilər var.

 

“Azov” alayının komandiri, “Ukrayna qəhrəmanı” Denis Prokopenko və onun müavini Svyatoslav Palamar da əsirlikdən azad olunanlar arasındadır.

Bunun müqabilində həbsdə olan “Müxalifət Platforması – Həyat üçün” partiyasından olan deputat, Putinin yaxın adamı Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib. Medvedçukla yanaşı əsirlikdə olan 55 rus əsgəri də komandanlıqlarına təhvil verilib.

 

Əsir mübadiləsinə Türkiyə və Səudiyyə Ərəbistanı vasitəçilik edib.

“AzPolitika”

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button