Manşet

Nikolay Patruşev oğlunu prezident kürsüsünə gətirir? – Kremldə iç savaşı başladı

“Bölgə qaynayır – Rusiya, İran, Çin və bu, hələ başlanğıcdır”.

Bunu politoloq Ərəstun Oruclu deyib. O qeyd edib ki, ən qorxulusu Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyi barədə söhbətlərin artmasıdır:

“Sanki insanları buna hazırlayırlar. Amma burda da təsəlli verəcək bir məqam var: Rusiya ordusu Baş Qərargahının generalları artıq gələcəyə baxırlar. Gələcəyə baxanlar isə etdiklərindən daha ağır cinayətlər törədib, əlavə məsuliyyət götürmək istəməzlər. Ən azı məntiq belə deyir. Rusiyalı analitiklərin dediklərinə inansaq, gələcək hakimiyyət uğrunda savaş ordu ilə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin şərti olaraq “FSB komandası” adlanan qrupu arasında gedir”.

Ekspert bildirib ki, Patruşev oğlunu növbəti prezident kimi görür:

“Rusiya ordusunun təklifi əsasında Putinin qərarı ilə elan olunmuş biabırçı səfərbərlik sırf siyasi aksiyadır və prezidentin tam nüfuzdan salınmasına hesablanıb. Təbii ki, Kremlin sahibi də bunu anlayır. Amma görünür, müqavimət göstərmək imkanı da durmadan azalmaqdadır.

Bir sıra Rusiya mənbələri bildirir ki, Nikolay Patruşev hakimiyyət dəyişikliyi ilə bağlı artıq bir neçə xarici güclərlə danışıq aparır. Onların arasında Çin, ABŞ və Türkiyənin olduğu deyilir. Hər bir halda, Putinin Ukraynaya qarşı başlatdığı müharibənin artıq Moskvadakı dövlət kabinetlərinə çatdığı şübhə doğurmur. Elə əvvəldən gözlənilən də bu idi”.

 

Günay Rəsulqızı

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button