Manşet

“Onlar daha bizim vətəndaşlardır, Ukraynanı danışıqlara çağırıram” – Putin

Rusiya Prezidenti Putin Ukraynanı hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.

Bunu Böyük Kreml sarayında Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə həsr olunan mərasimdə çıxış edərkən deyib.

Putin Kiyevə və Qərbə müraciət edib: “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin əhalisi əbədi olaraq bizim vətəndaşlarımız olur. Kiyev rejimini dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Kiyev “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin seçiminə hörmətlə yanaşmalıdır, yalnız bu, sülhə gedən yol ola bilər”

Putin Rusiyanın DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin təhlükəsizliyini təmin edəcəyini, infrastrukturun bərpasına kömək edəcəyini söyləyib

apa.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button