Manşet

Lukaşenko və Emoməli Rəhmondan qəribə ad günü hədiyyələri – Bunlar Putinə lazımdır?

Bu gün Rusiya Prezidenti Vladimir Putinin 70 yaşı tamam olur.

Ad günündə onu təbrik edənlər, hədiyyə göndərənlər az olmayıb.
Putin açıqlamasında deyib ki, doğum günündə hədiyyədən daha çox təbrik zəngləri gözləyir: “Əlbəttə, təbrikləri gözləyirəm. Bilirəm ki, nəvələrim burda olmasa da mütləq zəng edəcək, hədiyyələrini göndərəcəklər”.
Nəvələri isə adətən ona əlləri ilə çəkdiyi rəsmləri hədiyyə edirlər.
Bəzi həmkarları da Putini unutmayıblar.
Belə ki, Belarus lideri Aleksandr Lukaşenko Putinə özünün istifadə etdiyi eyni modeldə olan Belarus traktorunu hədiyyə edib. Traktor kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün nəzərdə tutulub.
Tacikistan prezidenti Emoməli Rəhmon ona qarpız və yemişdən düzəldilmiş nəhəng piramida hədiyyə edib.
 

Prezidentin mətbuat katibi Dmitri Peskov isə sadəcə açıqca verməklə kifayətlənib.
Aygün
BakuPost

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button